• Bakı 22° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Rusiya bu tarixdə 300 min nəfəri səfərbər edəcək

DÜNYA

02 Iyun 2025 | 19:48

Rusiya bu tarixdə 300 min nəfəri səfərbər edəcək

Kremlə yaxın mənbələrin bildirdiyinə görə, Rusiyada 300 min vətəndaşın yenidən səfərbər olunması ilə bağlı qərar qəbul oluna bilər. İddialara əsasən, bu qərarın 12 iyun – Rusiya Günü elan ediləcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Kremlyovskaya Tabakerka” Teleqram kanalı mənbələrə istinadla yazıb.

Qeyd olunub ki, qərarın strateji bombardmançı təyyarələrə edilən genişmiqyaslı hücuma cavab olaraq verilməsi nəzərdə tutulur.

Məlumata görə, səfərbərlik barədə açıqlamanı Prezident Vladimir Putin deyil, müdafiə naziri edəcək. Bu yanaşmanın səbəbi kimi cəmiyyətdə yarana biləcək narazılığın qarşısını almaq göstərilir:

“2022-ci ildə qanuni olaraq başlayan səfərbərlik hələ bitməyib. İndi isə onun həyata keçirilməsi cəmiyyətdə müəyyən neqativliyə səbəb olacaq, ona görə də bunu Vladimir Vladimiroviçlə birbaşa əlaqələndirmək istəmirlər”./Axar.az


SON XƏBƏRLƏR

03 Iyun 2025