• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Belçikada böhran vəziyyəti elan oluna bilər

DÜNYA

03 May 2025 | 21:21 | Müəllif: Subhan Mahmudov

Belçikada böhran vəziyyəti elan oluna bilər

Belçika Baş Qərargah rəisi Frederik Vansina federal hökuməti daha tez silah ala bilmək üçün böhran veziyyət elan etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Het Laatste Nieuws" qəzeti xəbər verib.

"Ya müharibə, ya da sülh, lakin bu gün biz ortada bir yerdəyik, təhlükənin artdığı hibrid vəziyyətdəyik", - deyə Frederik Vansina bildirib.

Onun sözlərinə görə, Belçika hazırda silahları sülh zamanı rejimində, çətin və ləng dövlət bazarları vasitəsilə alır. Eyni zamanda, o, “gecə-gündüz tanklar, təyyarələr və silahların istehsal edildiyi” Rusiyanı qeyd edib.

Baş Qərargah rəisi silah tədarükünü sürətləndirməkdən əlavə, limanların və rəqəmsal şəbəkələrin təhlükəsizliyinin gücləndirilməsindən də narahatdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026