İstanbulda aprelin 23-də baş verən zəlzələdən sonra afterşoklar bir ay davam edəcək.
Bakıvaxtı.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə zəlzələ üzrə ekspert, professor Şükrü Ersoy bildirib.
"Bu proses (4 bala qədər olan daha kiçik afterşoklar da daxil olmaqla) bir ay davam edəcək", - o qeyd edib.
Xatırladaq ki, Mərmərə dənizində 6,2 maqnitudalı zəlzələ nəticəsində 236 nəfər xəsarət alıb. Ölənlər və irimiqyaslı dağıntılar yoxdur.