• Bakı 18° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

“Qızına Belçikadan, oğluna Estoniyadan ev alıb” - VİDEO

ŞOU

04 May 2025 | 00:04

“Qızına Belçikadan, oğluna Estoniyadan ev alıb” - VİDEO

“Şou-biznesdə varlılar çoxdur. Deyilənlərə görə, ən varlısı Nüşabə Ələsgərlidir. İndi gəlib mənimlə dalaşacaq”.

Baklıvaxtı.az “Axşam.az”a istinadən xəbər verir ki, bunu Əməkdar artist Vasif Məhərrəmli “Həftənin qonağı” verilişində deyib.

O, şou-biznesin ən varlı müğənnisinin Əməkdar artist Nüşabə Ələsgərli olduğunu vurğulayıb. Bildirib ki, həmkarı övladlarına xarici ölkələrdə ev alıb:

“Qızına Belçikada, oğluna Estoniyanın paytaxtı Tallində ev alıb”. 

Aparıcı Ülvira Qarayeva ötən həftələrdə verilişində qonaq olan N.Ələsgərlidən bu barədə soruşduğunu, lakin “Bu, belə deyil” cavabını aldığını söyləyib. V.Məhərrəmli həmkarının yalan danışdığını qeyd edib:

“Yalandan deyir. Amma halal xoşu olsun, əziyyət çəkir. Burada da qəşəng evi, bağı, obyekti var.

Mənim kimi ətrafında problem olan adamların qazandığı əlində qalmır. Bütün xərcləri mən çəkirəm, qardaşıma göndərirəm. Bu, artan xətt üzrə davam edir. Qardaşımın oğlunun toyunu mən etdim. Rayondakı evini mən təmir etdirdim, içini döşədim. Xanımın ailəsi pul baxımından mənə yaxın gəlmirlər, yalan deyə bilmərəm. 

Elə adam var onda qazandığı bərəkətli olur, digərində yox. Hər şeyi Allah nizamlayır. Gecə-gündüz çıxıb müğənnilərdən danışırlar ki, oxuya bilmirlər, bayağıdırlar. Amma bütün gün toydadırlar. Bunu sən, mən etmirik. Allahın lütfüdür”. 

Qeyd edək ki, daha əvvəl aparıcı Elgiz Əkbər də açıqlamasında şou-biznesin ən varlı müğənnisinin Nüşabə Ələsgərli olduğunu deyib.


SON XƏBƏRLƏR

03 May 2025