• Bakı 22° C

    6.57 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

"Simpsonlar"ın bəstəkarı vəfat edib

ŞOU

31 May 2025 | 16:09

Simpsonların bəstəkarı vəfat edib

“Simpsonlar” cizgi serialı və “Alf” serialı üçün bəstələdiyi saundtreklərlə məşhurlaşan Amerikalı bəstəkar Alf Klauzen 85 yaşında dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, Klauzen Los-Ancelesdə qaldığı evdə vəfat edib. Onun qızı Kaarinin dediyinə görə, atasına hələ təxminən səkkiz il əvvəl “proqressiv supranüvə iflici” diaqnozu qoyulub.

Qeyd edək ki, Bəstəkar 1990-2017-ci illər ərzində “Simpsonlar” cizgi serialının yaradıcıları ilə əməkdaşlıq edib. 1997 və 1998-ci ildə serial üçün yazdığı bəstələrə görə “Emmi” mükafatına layiq görülüb.

O həmçinin “Disneylend” (1954-1997), “Ay işığı detektiv agentliyi”( 1985-1989), “İndi və ya heç vaxt”(1999-2000) seriallarına yazdığı soundtreklərlə tanınıb.


SON XƏBƏRLƏR

01 Iyun 2025