Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ-yə rəsmi səfərini yarıda dayandıraraq ölkəsinə qayıdıb və Belqraddakı Hərbi Tibb Akademiyasına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Serbiya Radio və Televiziyası” (RTS) məlumat yayıb.
"Hərbi Tibb Akademiyasında prezidenti səhiyyə naziri Zlatibor Lonçar və doktor Draqan Dinçiç qarşılayıblar", - məlumatda bildirilib.
Xəbər verildiyi kimi, Vuçiç özünü pis hiss etdiyi üçün ABŞ-yə səfərini yarımçıq qoyub. O, həkimlərlə məsləhətləşərək Belqrada qayıtmaq qərarına gəlib.
***
13:07
ABŞ-də səfərdə olan Serbiya Prezidenti Aleksandar Vuçiç səhhətində yaranan problemə görə, ölkəsinə qayıtmağa qərar verib.
Bakıvaxtı.az xəbər verir ki, yerli vaxtla günorta saatlarında Aleksandar Vuçiç qəflətən səhhəti pisləşib. O, həkimə müraciət edib və müayinədən sonra Serbiyaya qayıtmağa qərar verib. Serbiya Prezidentinin təyyarəsi artıq Belqrada yola düşüb.