• Bakı 16° C

    9.36 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Enerjinin verilməsində məhdudiyyətlər tam aradan qaldırıldı - YENİLƏNİB

CƏMİYYƏT

03 May 2025 | 17:54

Enerjinin verilməsində məhdudiyyətlər tam aradan qaldırıldı - YENİLƏNİB

Bakı metropoliteninin "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyalarına şəhər şəbəkəsindən gələn yüksək gərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən həmin istiqamətdə metropolitenin dizel-generatorları yenidən ehtiyat rejimə keçirilib.

Məlumata görə, qatarlar arasında interval hərəkət qrafikinə uyğun təmin edilməklə gecikmələr aradan qaldırılıb: “Bakı metropoliteninin stansiyaları normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir”.

***

15:12

"Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb.

Bu barədə Bakıvaxtı.az-a Bakı Metropoliteni İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bu səbəbdən dərhal həmin istiqamətdən elektrik təchizatını təmin edən Bakı metropoliteninin dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilir. Q

atarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakı metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimi şəraitində davam etdirir.

Sərnişinlərdən yaranmış vəziyyəti anlayışla qarşılamağı, istifadə qaydalarına və təhlükəsizlik tələblərinə əməl etməyi xahiş edirik.


    SON XƏBƏRLƏR

    03 May 2025