• Bakı 22° C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Elm və Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlandı

CƏMİYYƏT

02 Iyun 2025 | 16:45

Elm və Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlandı

Mayın 15-dən 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 41 437 vətəndaş müraciəti daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Müraciətlərin 27 321-i çağrı mərkəzləri, 7 971-i elektron, 1 066-sı isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 5 079 müraciət qeydə alınıb.

Müraciətlər birinci sinfə qəbul, lisey və gimnaziyalara qəbul, əlavə təhsil, tələbələrin köçürülməsi, sertifikatlaşdırma imtahanı və digər məsələlərlə bağlı olub.


SON XƏBƏRLƏR

03 Iyun 2025