• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qatar 15 dəqiqə tuneldə qalıb - VİDEO

CƏMİYYƏT

03 May 2025 | 19:34 | Müəllif: Subhan Mahmudov

Qatar 15 dəqiqə tuneldə qalıb - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün “Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, elektrik enerjisinin kəsilməsi ilə qatarlardan biri tuneldə qalıb.

Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. İddialara görə, qatarın tuneldə qalma müddəti 15 dəqiqə olub.

Qeyd edək ki, daha sonra yaranan problem aradan qaldırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR