• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

İranın buna hüququ var - Arakçı

DÜNYA

03 May 2025 | 20:20

İranın buna hüququ var - Arakçı

Tehran İran xalqının nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququnda israr edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.

"İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi iştirakçısı olan dövlət kimi öz öhdəliklərinə sadiqdir, lakin eyni zamanda İran xalqının nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququnda israrlıdır ki, bu da təbii olaraq zənginləşdirmə prosesini tələb edir. İranın tam nüvə yanacaq dövrünə sahib olmaq hüququ var”, - nazir bildirib.

Onun sözlərinə görə, uranı zənginləşdirən, lakin eyni zamanda nüvə silahını tamamilə rədd edən bir neçə müqavilə iştirakçısı olan üzv var:

“Bura bir neçə Asiya, Avropa və Cənubi Amerika ölkələri daxildir. İran sülhməramlı nüvə proqramı ətrafında yaranmış süni böhranın həlli üçün diplomatik yolun seçilməsinə məsuliyyətlə yanaşır. Bu yolu davam etdirmək qarşı tərəfdən ciddi iradə və real baxış tələb edir”./axar.az


SON XƏBƏRLƏR

03 May 2025