• Bakı 14° C

    8.86 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Heydər Əliyev adına Hərbi İnstitutda elmi-praktik konfrans keçirilib

CƏMİYYƏT

03 May 2025 | 13:00

Heydər Əliyev adına Hərbi İnstitutda elmi-praktik konfrans keçirilib

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş "Azərbaycan Respublikasının inkişaf strategiyası, potensial imkanlar və yeni çağırışlar" respublika elmi-praktik konfransı keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Hərbi İnstitutun ərazisindəki abidəsi önünə gül dəstələri düzülərək xatirəsinə ehtiram nümayiş etdirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin ifa olunması ilə başlayıb.

Sonra "Heydər Əliyev və Azərbaycan Respublikasının inkişaf strategiyası"na həsr edilmiş film təqdim olunub.

Heydər Əliyev adına Hərbi İnstitutun rektoru Ümüdvar Quliyev konfransın əhəmiyyətindən danışıb.

Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov və Heydər Əliyev adına Hərbi İnstitutun Elmi-tədqiqat şöbəsinin professoru Ramid Hüseynov çıxış edərək Heydər Əliyev və Azərbaycanın inkişaf strategiyası, mövcud imkanlar və qarşıda duran vəzifələr, çağırışlar barəsində danışıblar.

Konfrans işini plenar iclasla davam etdirib. Konfransa 35 təşkilat tərəfindən 100-dən çox məqalə təqdim edilib.

Əsas məqsəd Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müasir Azərbaycanın inkişaf strategiyasının müxtəlif istiqamətlərinin, inkişaf dinamikasının, o cümlədən, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun qarşısında qoyduğu tələblərə müvafiq olaraq ordu quruculuğunda yeni yanaşmaların və perspektivlərin elmi-nəzəri əsaslarının öyrənilməsindən ibarətdir.

Konfrans plenar iclasdan sonra 5 bölmə üzrə işini davam etdirib, iştirakçıların maraqlı elmi məruzələri dinlənilib və mövzuya dair ətraflı müzakirələr aparılıb.


SON XƏBƏRLƏR

03 May 2025