Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşada “Technofest-2025” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı çərçivəsində "Türk Ulduzları"nın nümayiş uçuşu həyata keçirilib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, uçuş festival ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb.
Nümayiş uçuşunda Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan "F-5" təyyarələri iştirak edib.
Qeyd edək ki, 11-ci “Technofest-2025” festivalı mayın 4-dək davam edəcək. Festival ŞKTC Prezident administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) tərəfindən dəstəklənir.