• Bakı 16° C

    9.18 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Zelenskinin atəşkəs əleyhinə bəyanatları beynəlxalq miqyasda təhdiddir

DÜNYA

03 May 2025 | 16:08

Zelenskinin atəşkəs əleyhinə bəyanatları beynəlxalq miqyasda təhdiddir

Zelenskinin mayın 9-da atəşkəs əleyhinə bəyanatları beynəlxalq miqyasda təhdiddir.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib

    Onun sözlərinə görə, Zelenski Qələbə Günündə Moskvaya səfəri planlaşdıran xarici dövlət başçılarının təhlükəsizliyini faktiki olaraq təhdid edir. Bundan əlavə, Zaxarova vurğulayıb ki, həmin gün paradda və anım tədbirlərində iştirak edən veteranlar da risk altında ola bilər.

    Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın Kiyevdən bayram günlərində vəziyyətin gərginləşməsini azaltmaq üçün yekun addımlar atacağını gözlədiyini söyləyib.

    O qeyd edib ki, Rusiyanın təklif etdiyi atəşkəsin məqsədi Kiyevin sülh yolu ilə nizamlanmaya hazır olduğunu yoxlamaq olub.


    SON XƏBƏRLƏR

    03 May 2025