• Bakı 14° C

    8.86 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Avtomobilində silah-sursat daşıyan və narkotikin təsiri altında olan sürücü saxlanılıb

HADİSƏ

03 May 2025 | 12:52

Avtomobilində silah-sursat daşıyan və narkotikin təsiri altında olan sürücü saxlanılıb

Avtomobilində qanunsuz silah-sursat daşıyan və narkotik vasitənin təsiri altında olan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, ötən gün saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Sabirabad rayonu ərazisində yerləşən stasionar postunda “BMW” markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb.

    Sürücü, əvvəllər məhkum olunmuş 34 yaşlı R.Allahverdiyevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub.

    Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança, patron darağı və bıçaq da aşkar olunaraq götürülüb.

    Araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    03 May 2025