• Bakı 20° C

    13.17 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Şabranda ağır qəza - ölən və yaralananlar var

HADİSƏ

02 Iyun 2025 | 09:24

Şabranda ağır qəza - ölən və yaralananlar var

Şabranda avtomobil işıq dirəyinə çırpılıb.

Bakıvaxtı.az xəbər verir ki, 1980-cı il təvəllüdlü Əmirhəmzəyev Özbəy Adəm oğlu idarə etdiyi "Qaz 53" markalı avtomobillə Zeyvə kəndində hərəkətdə olan zaman idarəetməni itirərək yolkənarındakı işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb, avtomaşında olan sərnişinlər – 2011-ci il təvəllüdlü Balaqədəşov Tərlan Əzim oğlu, 1975-ci il təvəllüdlü Balaqədəşov Gülmalı Şahmirzə oğlu və 1990-cı il təvəllüdlü Şıxəliyev Həmid Hikmət oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanıb.


SON XƏBƏRLƏR

03 Iyun 2025