Xaçmazda 2 il öncə görmə əngəlli qadını öldürən şəxsin kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, 2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini, görmə əngəlli 59 yaşlı Gülxar Cahangirovanın Rəhmətov Xəqani Vahid oğlu tərəfindən öldürülərək Xaspoladoba kəndi yaxınlığında meşədə başdırıldığı müəyyənləşib.
Hadisəni törədən taksi sürücüsü X.Rəhmətov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.