Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumata görə, hadisə Lerik rayonu ərazisində, Piran-Veri yolunda qeydə alınıb.
Lerik rayon Veri kənd sakini 1998-ci il təvəllüdlü Möhlət Səxavət oğlu Şahverdizadə idarə etdiyi "Niva Chevrolet" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Qəza nəticəsində sürücü M.Şahverdizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.