• Bakı 21° C

    14.78 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Cəzaçəkmə müəssisəsinin damı uçub - məhkum ölüb

HADİSƏ

02 Iyun 2025 | 11:25

Cəzaçəkmə müəssisəsinin damı uçub - məhkum ölüb

01.06.2025-ci il tarixində saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçmuşdur. Nəticədə bir nəfər məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlunun 02.06.2025-ci il tarixdə aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilmişdir.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib.

Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmamışdır.

Faktla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


SON XƏBƏRLƏR

03 Iyun 2025