• Bakı 14° C

    8.86 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Litvalı jurnalist: Şuşa usanmadan bəyan edir ki, həqiqi rahatlıq sənin sevildiyin məkandadır

SİYASƏT

03 May 2025 | 13:23

Litvalı jurnalist: Şuşa usanmadan bəyan edir ki, həqiqi rahatlıq sənin sevildiyin məkandadır

Şuşa daim mənə doğma ev hissi və rahatlıq bəxş edir. Günəşin qürubu vaxtı kreslomda istirahət edirəm və şəhər mənə öz hekayələrini danışır. Axşama doğru bu “söhbət” daha açıq və səmimi olur. Qəlbimdəki gündəliyim şeir ab-havasındadır, hər bir hekayə isə özündə bir nur ehtiva edir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri özünün “Facebook” səhifəsində litvalı jurnalist Riçardas Lapaytis yazıb. O əlavə edib: “Şuşa usanmadan bəyan edir ki, həqiqi rahatlıq sənin sevildiyin məkandadır! Adama elə gəlir ki, bu kəlmələri sənə hər bir qədim daş, hər bir çiçək deyir”.

Litvalı jurnalist qeyd edir ki, dağ yollarında böyük mütəfəkkirlərin sözləri eşidilir, musiqi səslənir. Qarabağın incisinə heyranlıq hisslərini ifadə edən R.Lapaytis yazıb: “Bu şəhərin özünəməxsus xüsusiyyəti var. Hər pəncərədə tarixin bir əlaməti görünür! Hətta dağların zirvəsindəki ağaclar da başqadır. Onların kökü insan qəlbi kimi dərinlərə nüfuz edir, torpağın altından su damcılarını udur. Səma kimi təmiz ab-havası var! Bulağa bənzər doğmalıq hiss edilir. Yaxınlıqda səs eşitdim: sizə nə gətirim? Cavab verdim: qəhvə istəyirəm. Onu gecə içəcəyəm ki, yuxum gəlməsin və Şuşanın gözəlliklərindən həzz ala bilim...”


SON XƏBƏRLƏR

03 May 2025