Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mersedes" markalı yük maşını "İsizu" markalı yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində "İsizu" yoldan çıxaraq aşıb
Hadisə nəticəsində, "İsizu"nun sürücüsü xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.