• Bakı C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.8932

Səfir: Astana Bakı ilə təhsil sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyib

SİYASƏT

04 Mart 2025 | 12:48

Səfir: Astana Bakı ilə təhsil sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyib

Qazaxıstan Azərbaycanla təhsil sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel təhsil sahəsində ikitərəfli əməkdaşlığa dair dəyirmi masada bildirib.

Diplomat Qazaxıstan və Azərbaycan arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

"Hər iki ölkə təhsildə də fəal islahatlar aparır. Biz Azərbaycanla təhsil sahəsində münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindəyik", - A.Bayel bildirib.


SON XƏBƏRLƏR