II Liqadakı “Hypers Guba” klubunda çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov dörd oyunluq cəzalandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarb.
33 yaşlı hücumçu XIV turda "Şəmkir"lə oyunun 39-cu dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Quba təmsilçisi forvardın bu hərəkətinə görə 300 manat ziyana düşüb.
Bölgə təmsilçisinin digər üzvü Sənan Aslanov təcavüzkar davranışa görə 90+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə aldığından Qurbanov kimi dörd matç komandasına kömək edə bilməyəcək. II Liqa klubu bu oyunçuya görə də 300 manat ödəməli olacaq.
Bundan əlavə, “Hypers Guba” azarkeşləri sözügedən qarşılaşmada pirotexniki vasitələrdən də istifada ediblər. Klub fanatların hərəkətinə görə 150 manat cərimələnib. “Şəmkir” futbolçuları qalib gəldikləri görüşdən sonra rəqib tərəfdarları qıcıqlandıran hərəkətlər etdikləri üçün kluba xəbərdarlıq olunub.