• Bakı C

    0.93 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.8932

QMİ Həcc ziyarəti ilə bağlı əhaliyə çağırış edib

CƏMİYYƏT

04 Mart 2025 | 17:30

QMİ Həcc ziyarəti ilə bağlı əhaliyə çağırış edib

Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəllərində bitəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

“Kvota sayı 1200-1300 arası müəyyənləşdirilib. İnsanlar elə bilir ki, nə vaxt istəsələr, gətirib sənəd təqdim edə bilərlər. Amma elə deyil, tələsmək lazımdır. Biz gəlməyənlərə görə hesablama aparıb kvotanı azaldırıq. Qeydiyyat bağlandıqdan sonra neçə nəfər gəlib müraciət edir. O zaman da Həccə gedə bilmələri mümkün olmur və növbəti ilə qalırlar”, - o vurğulayıb.


SON XƏBƏRLƏR