• Bakı C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.8932

Daha bir qanunsuz tikili söküldü - VİDEO

CƏMİYYƏT

04 Mart 2025 | 13:57

Daha bir qanunsuz tikili söküldü - VİDEO

Tərtər rayonunun Buruc kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş Aynurə Məmmədova tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.


SON XƏBƏRLƏR