• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Həsənriz kəndinin istirahət parkından FOTOLAR

CƏMİYYƏT

03 Aprel 2025 | 10:48 | Müəllif: Qalib İbrahimoğlu

Həsənriz kəndinin istirahət parkından FOTOLAR

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqiyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir.

Bu barədə Bakıvaxtı.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Verilən məlumata görə, Ağdərə rayonunun Həsənriz kəndində yeni istifadəyə verilən park doğma torpaqlarına köç edən sakinlərin istirahət məkanına çevrilib.

Kənd sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün ərazidə genişmiqiyaslı abadlıq işləri aparılıb. Parkda müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilib, ağaclar budanıb, yeni qazon örtüyü döşənib. Yaşıllıq sahələrinə qulluq göstərmək üçün suvarma xətti də çəkilib.

Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılıb, müasir işiqlandırma sistemi qurulub,10 ədəd yeni skamyalar qoyulub. Uşaqlar üçün oyun əyləncə qurğuları montaj olunub.

Qeyd edək ki, Ağdərənin Həsənriz kəndində 92 ev təmir olunub. İki mərhələdə buraya 50 ailə köç edib. Kəndə köç üçün 360 nəfər siyahıya alınıb və bu proses mərhələli şəkildə davam etdiriləcək.


Həsənriz kəndinin istirahət parkından FOTOLARHəsənriz kəndinin istirahət parkından FOTOLARHəsənriz kəndinin istirahət parkından FOTOLARHəsənriz kəndinin istirahət parkından FOTOLARHəsənriz kəndinin istirahət parkından FOTOLARHəsənriz kəndinin istirahət parkından FOTOLARHəsənriz kəndinin istirahət parkından FOTOLARHəsənriz kəndinin istirahət parkından FOTOLARHəsənriz kəndinin istirahət parkından FOTOLARHəsənriz kəndinin istirahət parkından FOTOLARHəsənriz kəndinin istirahət parkından FOTOLARHəsənriz kəndinin istirahət parkından FOTOLARHəsənriz kəndinin istirahət parkından FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR