Son günlərdə sosial şəbəkələrdə milyonlarla insan astroloji ilə bağlı maraqlı bir mövzunu müzakirə edir: “Yalançı bürclər”. İstifadəçilər arasında ən çox mübahisəyə səbəb olan isə xarakter analizi ilə seçilən dörd bürcün adının bu siyahıda ön plana çıxmasıdır.
Astrologiyaya görə hər bir bürcün ünsiyyət tərzi, emosional reaksiyaları və qərarvermə üsulu fərqlidir. Amma bəzi bürclər var ki, yalan danışmaqda və ya həqiqəti manipulyasiya etməkdə daha çox ittiham olunurlar.
Bakıvaxtı.az xəbər verir ki, “yalançı” damğası ilə ən çox anılan 4 bürc bunlardır:
Əkizlər
Zəka, hazırcavablıq və çevik düşüncə ilə tanınan Əkizlər bürcü, bu xüsusiyyətlərinə görə bəzən “vəziyyəti xilas etmək üçün yalan danışmaq” və ya “fərqli versiyalar yaratmaq” iddiaları ilə üz-üzə qalır. Sosial mediada ən çox tənqid olunan bürclərdən biridir. Bəziləri Əkizləri “söz çevirmə ustası” adlandırır, digərləri isə onun sadəcə “çox danışqan və niyyətsiz” olduğunu deyir.
Əqrəb
Sirli, strateji və hisslərini asanlıqla büruzə verməyən Əqrəb bürcü, “həqiqəti gizlətmək” və ya “hesablı davranmaq” kimi xüsusiyyətlərlə yadda qalır. Astrologiya mütəxəssisləri Əqrəbin açıq şəkildə yalan danışmaqdan çox, faktları öz xeyrinə yönəltməyə meyilli olduğunu vurğulayır.
Tərəzi
Balans yaratmaq, mübahisədən qaçmaq və hər kəsi razı salmaq istəyən Tərəzi bürcü tez-tez “ağ yalanların ustası” kimi təqdim olunur. Bu bürcün nümayəndələri adətən birbaşa yalan danışmaq əvəzinə, həqiqəti yumşaldaraq və ya diplomatik formada ifadə etməyə üstünlük verirlər.
Oğlaq
Məqsədyönlü və planlı davranan Oğlaqlar üçün bəzən məlumatı gizlətmək və ya həqiqəti öz maraqlarına uyğun formada dəyişmək adi haldır. Onlar üçün yalan, zərurət olduqda istifadə olunan bir vasitədir. Bu da onları “hesablı yalançı” kimi bu siyahıya daxil edir.
Astrologiyanın ciddi qəbul olunub-olunmaması fərqli mövqelər yaratsa da, bu dörd bürc sosial mediada “etibarsızlıq” məsələsində ən çox müzakirə olunanlar sırasında yer alır.
Nuriyyə Musayeva