• Bakı 20° C

    13.17 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Azərbaycanda bayram namazı NƏ VAXT QILINACAQ?

CƏMİYYƏT

02 Iyun 2025 | 09:43

Azərbaycanda bayram namazı NƏ VAXT QILINACAQ?

İyunun 6-7-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasında deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na - Miladi təqvimlə 6 iyun tarixinə təsadüf edəcəkdir.

Qeyd olunub ki, Azərbaycanda məscidlərdə iyun ayının 6-da Qurban namazı qılınacaq. Qurban kəsimi isə 6 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, bütün məscidlərdə bayram namazının vaxtı ilə bağlı qərarı məscid icmasının rəhbəri və imam, gələn camaatın vəziyyətini nəzərə alaraq verirlər.

Onun sözlərinə görə, bəzi rayon və bölgələrdə camaat məscidə daha tez gəldiyi üçün namaz saat 08:00-da qılınır. Bakının bəzi məscidlərində isə camaatın gəlişi bir az gec olduğundan, namazın vaxtı saat 09:00-a elan edilir:

“Əksər məscidlərimizdə bayram namazı saat 09:00-da qılınır. Bəzi məscidlərdə 08:00-da qılına bilər ”.

F.Nurullayev qeyd edib ki, proses hər il olduğu kimi, bu il də eyni qaydada həyata keçirilir. Dediyinə görə, Qafqaz Müsəlmanları İdarəsi bütün məscidlər üçün eyni vaxtı təyin etmir.

“İmam və məscid rəhbərlərinə tövsiyə olunur ki, gələn camaatın durumunu nəzərə alsınlar. Əgər camaat tez toplanırsa, namazı tez başlamaq, məsələn, saat 08:00-da qılmaq məqsədəuyğundur. Əgər camaat bir az gec toplanırsa, o zaman 09:00 və ya 09:30-da da qılmaq mümkündür”,- deyə Fuad Nurullayev nəzərə çatdırıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

03 Iyun 2025