• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İşlənmiş avtombil alanların nəzərinə: bunu mütləq yoxlayın - VİDEO

CƏMİYYƏT

02 Iyun 2025 | 09:20

İşlənmiş avtombil alanların nəzərinə: bunu mütləq yoxlayın - VİDEO

Avtomobildəki hansısa problemi bildirən xəbərdarlıq işıqları kustar üsulla söndürülür.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, ustalar bildirirlər ki, bu üsullardan əsasən avtomobil alqı-satqısı ilə məşğul olan şəxslər istifadə edirlər.

Məqsəd isə maşının texniki vəziyyətini gizlədərək onu daha asan və baha qiymətə satmaqdır. Amma bu cür hallar sonralar böyük təhlükələr yaradır.

Avtomobil ustası Anar Əliyev bildirir ki, bəzən oksigen sensoruna da müdaxilə edilir. Bu isə yalnız xəbərdarlıq siqnalının yox olması ilə deyil, həm də mühərrik sisteminin zədələnməsi ilə nəticələnir. Hazırda ölkədə baş verən avtomobil yanğınlarının əksəriyyətinin səbəbi də məhz budur.

Usta qeyd etdi ki, avtomobil alarkən elektron sistem mütləq düzgün və hərtərəfli yoxlanmalıdır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026