• Bakı C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.8932

Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

İDMAN

04 Mart 2025 | 11:50

Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan boksçusu Zidan Hümbətov (54 kq) Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə qələbə ilə start verib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, yarışın ilk günündə rinqə çıxan idmançı 1/8 finalda qazaxıstanlı Almaz Nurlanı 3:1 (28:28, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib.

Z.Hümbətov növbəti görüşündə İlgiz Korqonbayevlə (Qırğızıstan) gücünü yoxlayacaq. Döyüş martın 6-da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi martın 9-da başa çatacaq yarışa 3 oğlan, 4 qız boksçu ilə qatılıb.


SON XƏBƏRLƏR