• Bakı C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.8932

Bakıda daha bir nəfər spirtdən zəhərlənib öldü

CƏMİYYƏT

04 Mart 2025 | 11:08

Bakıda daha bir nəfər spirtdən zəhərlənib öldü

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək ölüb.

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, eyniadlı qəsəbədə baş verib.

Burada evlərdən birində 46 yaşlı S. Lukoninin meyiti tapılıb. İlkin ehtimala görə, onun texniki spirtdən zəhərlənərək öldüyü güman edilir.

Mərhumun meyiti tapılandan 3-4 gün əvvəl öldüyü bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər Bakıda 20-dən çox adam metil spirtindən zəhərlənərək ölüb.


SON XƏBƏRLƏR