• Bakı 22° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanında iştirak edənlərin SAYI AÇIQLANDI: Nəticələr...

CƏMİYYƏT

03 Aprel 2025 | 09:46 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanında iştirak edənlərin SAYI AÇIQLANDI: Nəticələr...

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanında hazırda 449 nəfər iştirak edib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib.

X.Xanlarzadə qeyd edib ki, bu, sınaq imtahanıdır. İmtahanın məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və sistemi daha da təkmilləşdirməkdir.

"Nəticələrin emalına müəyyən sayda (təqribən 2000) iştirakçı imtahan verdikdən sonra başlanılacaq və hər 4 blok üzrə imtahanı tamamlayanların elektron poçtuna göndəriləcək", - deyə Xanlar Xanlarzadə əlavə edib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026