• Bakı C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Moskvadan sərt xəbərdarlıq: Rusiya qəti şəkildə QARŞIDIR

CƏMİYYƏT

04 Mart 2025 | 10:44

Moskvadan sərt xəbərdarlıq: Rusiya qəti şəkildə QARŞIDIR

Rusiya Avropa sülhməramlılarının Ukraynaya yerləşdirilməsinə qəti şəkildə qarşıdır.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

“Birincisi, Avropa İttifaqı qərəzsiz deyil, halbuki sülhməramlılar qərəzsiz olmalıdır. İkincisi, Rusiya buna qəti şəkildə qarşıdır”, – deyə diplomat Telegram kanalında yazıb.

O, Avropa hərbi kontingentinin yerləşdirilməsi ideyasını “olduqca şübhəli” adlandırıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp sülhməramlı qüvvələrin yerləşdirilməsinin yalnız hər iki tərəfin razılığı ilə mümkün olduğunu bildirib. Daha sonra Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskvanın bu barədə fikri heç kəs tərəfindən soruşulmayıb.

"The Telegraph"ın məlumatına görə, Böyük Britaniya və Fransa Ukraynaya 30 minə qədər hərbçi göndərməyi planlaşdırır.


SON XƏBƏRLƏR