"Qadınlar imkanları gözləməsinlər, onu özləri yaratsınlar”
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri deputat Nigar Arpadarai Azərbaycanda ilk dəfə keçirilən Qadın Liderləri Zirvəsində çıxışı zamanı deyib.
“Bu gün fürsətdən istifadə edərək xanımlara söyləmək istəyirəm ki, nəyisə gözləməsinlər. Bizim xanımlarımız biznes qurur, iqtisadi inkişafı irəli aparır, ictimai həyatda fəallığını göstərir. Bu proses belə də davam etməlidir".
N.Arpadarai diqqətə çatdırıb ki, qadınların uğurları milli uğurdur:
"Əziz xanımlar, siz bilməlisiniz ki,siz sizin uğurunuz şəxsi deyil. Bu, həm də milli uğurdur. Azərbaycan qadınları inkişaf etdikcə ailələrimiz,cəmiyyətimiz və ölkəmiz də inkişaf edəcək. Özümüzə inanmalıyıq, başqaları şübhə etsə belə. Səsinizin vacib olduğunu unutmayın".
Deputat qeyd edib ki, qadınlar təkcə öz gələcəyin formalaşdırmalı deyil, həm də gələcək nəsilləri istiqamətləndirməlidir:
"Siz həyatları dəyişmək, bərabərlik və ədalətin sadəcə ideallar deyil, qadınlar olduğu bir mühit yaratmaq gücünə sahibsiniz”.
Fatimə Əşrəfli