• Bakı C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Novruz və Ramazan tətillərində haraya üz tuturuq?

CƏMİYYƏT

04 Mart 2025 | 11:28

Novruz və Ramazan tətillərində haraya üz tuturuq?

Xəbər verdiyimiz kimi, bu ayın 20-31-i tarixlərində Novruz və Ramazan bayramları əlaqədar qeyri-iş günləri olacaq. Təbiidir ki, tətil zamanı insanlar istirahətə üz tuturlar.

Tətillərdə insanlar daha çox hansı ərazilərə üz tuturlar? 

Mövzu bağılı Bakıvaxtı.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov qeyd edib ki, vətəndaşlar artıq öz tətillərini, səyahətlərini planlayıblar. Ardıcıl olaraq 1 həftəyə yaxın tətil olanda insanlar daha çox ölkə xaricində istirahət etməyi üstün tuturlar. Ölkə daxilində bir neçə regionlarda da istirahət edən vətəndaşların sayı az deyil:

"Artıq regionlarda olan istirahət mərkəzlərində tətillər ilə bağlı endirimlər edilib, kompaniyalar başladılıb. Qiymətlər keçən ilki qiymətlər ilə demək olar ki, eynidir. Xüsusilə, Quba, Qəbələ, Şəki, Lənkəran və Şamaxı kimi bölgələrdə yerləşən otellər və istirahət mərkəzləri yerli turistlər arasında populyardır".

Ceyhun Aşurov, turizm eksperti

Onun sözlərinə görə, ölkə xaricinə, xüsusən, Gürcüstan, Türkiyə, Özbəkistan və eyni zamanda populyar olan Dubay, Doha istiqamətində istirahətə üz tutanlar da var: 

"Hara ki, birbaşa uçuş var, viza tələbi yoxdur, yaxud vizanı daha asan almaq olur, insanlar belə yerlərə daha çox üz tutur. Misir, Maldiv, bəzi Avropa şəhərlərinin 4-5 günlük turları var, bu da bəzi insanların istəyinə uyğundur",- deyə ekspert qeyd edib.

C.Aşurov bildirib ki, gəzmək, istirahət etmək istəyən insanlar olduğu kimi, evdə dincəlməyə üstünlük verən insanlar da var:

"Ramazan ayı mart ayında baş tutduğu üçün insanların bir qismi passiv istirahətə üstünlük verirlər, harasa getmək istəmirlər. Evdə film seyr edərək, kitab oxuyaraq, yaradıcı fəaliyyətlərlə məşğul olaraq tətillərini dəyərləndirirlər".

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR