• Bakı 17° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Məleykə Abbaszadə: Son illər qadınların texniki sahələrə olan marağı artıb

CƏMİYYƏT

04 Mart 2025 | 11:21

Məleykə Abbaszadə: Son illər qadınların texniki sahələrə olan marağı artıb

"Biz qadınlar cəmiyyətdən nəyi gözləyirik? Öz seçimizi necə edirik? Qadınlar stereotiplərdən qaçmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda ilk dəfə keçirilən  Qadın Liderləri Zirvəsində çıxışı zamanı deyib.

M.Abbaszadə bildirib ki, qadınlar qəlibləşdirilmiş peşələrdə çalışmamalıdır: 

"İllərdir biz bunu görürdük. Amma son 15 ildə mühəndislik və bu sahələr üzrə mütəxəssislik istiqamətində artıq Azərbaycanda gənc xanımlar seçim edib. Və bunu da qeyd edim ki, son 30 il ərzində orta statistik göstəricidə sözügedən ixtisaslar üzrə qadınların qəbul statistikası daha yüksək olub, nəinki oğlanların. Düzdür, müəyyən bir seqmentdə əvvəlki illərdə 500 baldan yuxarı toplayanların arasında oğlanların sayı daha çox idi".

Fatimə Əşrəfli


SON XƏBƏRLƏR