ABŞ Prezidenti Donald Tramp əvvəlki prezidentlik dövründə həqiqətən də Rusiyaya qarşı çox addımlar atıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Trampın birinci prezidentliyi dövründə Rusiyaya qarşı tətbiq etdiyi sanskiyaları, Ukraynaya hərbi yardımları xatırladıb.
"Həqiqətən, hamı yaxşı xatırlayır ki, Trampın əvvəlki prezidentlik dövründə bir çox sanksiyalar tətbiq edilib, Ukraynaya silah tədarükü başlayıb. Bu, həqiqətən də baş verib. Bu baxımdan Trampla ancaq razılaşmaq olar", - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Tramp “rusiyapərəst” mövqe ilə bağlı ittihamları rədd edib. Bildirib ki, o, “Rusiyaya kədərdən başqa heç nə gətirməyib”. ABŞ prezidenti xatırladıb ki, onun rəhbərliyi altında Moskvaya qarşı sanksiyalar tətbiq edilib və “Javelin” raket sistemləri Kiyevə çatdırılıb.