Bu il Azərbaycanda "Millibiz" - milli biznes assosiasiyası yaradılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Caspian Energy Club”ın baş icraçı direktoru Telman Əliyev bu gün “LEF Network Azerbaijan” çərçivəsində təşkil olunmuş "Mərkəzi Baltika və Azərbaycan" biznes forumunda bildirib.
Onun sözlərinə görə, təşkilat həm Azərbaycan biznesinin xaricdə, həm də əks istiqamətdə genişlənməsinə kömək edəcək.
T.Əliyev həmçinin vurğulayıb ki, Azərbaycan biznesi bu gün 100-dən çox ölkədə fəaliyyət göstərir.