Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən qadın voleybolçular arasında Çempionlar Liqası matçına təyinat alıb.
Bakıvaxtı.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, N.İsmayılova bu gün 1/4 finalda baş tutacaq “Numiya" (İtaliya) və “Eczaçıbaşı" (Türkiyə) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, İtaliyanın Milan şəhərində təşkil olunacaq matçı rumıniyalı Tudor Pop və serbiyalı Stanislava Simic idarə edəcəklər. Qarşılaşmanın çellenc hakimi isə yunanıstanlı Mixail Temelis olacaq.