• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

UEFA "Roma"nın baş məşqçisini cərimələyib

İDMAN

04 Mart 2025 | 09:57 | Müəllif: Əli Hüseynov

UEFA "Roma"nın baş məşqçisini cərimələyib

UEFA "Roma"nın baş məşqçisi Klaudio Ranyerini hakimləri tənqid etdiyinə görə cərimələyib.

Bakıvaxtı.az-ın"Football Italia”ya istinadən məlumatına görə, bu, Avropa Liqasının “Portu” ilə pley-off mərhələsinin ilk oyunundan (1:1) sonra baş verib.

Matçdan sonra paytaxt klubunun baş məşqçisi hakimin rəqibə simpatiya göstərdiyini iddia edib. O, həmçinin 2023-cü ildə keçirilmiş Avropa Liqasının finalına Entoni Teylorun təyin olunmasını əsas gətirərək, UEFA Hakimlər Komitəsinin rəhbəri Roberto Rozettini tənqid edib. Sözügedən final matçında "Roma" "Sevilya"ya oyunsonrası (1:1) penaltilər seriyasında 1:4 hesabı ilə uduzub.

Beləliklə, K.Ranyeri 20 min avro cərimələnib. Klub həmçinin baş məşqçinin komandaya uyğun olmayan davranışına görə əlavə 11 min avro xərcə düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026