Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura bu gün yekun vurulacaq.
Bakıvaxtı.az xəbər verir ki, son olaraq iki qarşılaşma təşkil ediləcək.
"Abşeron" "Azərreyl"lə, "Milli Aviasiya Akademiyası” “Murov Az Terminal”la üz-üzə gələcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki matçlar müvafiq olaraq saat 16:00 və 18:00-da start götürəcək.
Qeyd edək ki, turun martın 1-də baş tutan oyununda "Gəncə" UNEC-i məğlub edib - 3:0.