Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin vəziyyəti açıqlanıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə rəsmi Vatikan hökuməti bəyanat yayıb.
"Bu gün Papa iki dəfə kəskin tənəffüs çatışmazlığı ilə üzləşib. Səbəb bronxlarda xeyli miqdarda selik yığılması və bunun nəticəsində yaranan bronxospazm olub. Bu səbəbdən iki bronkoskopiya əməliyyatı aparılıb. Günortadan sonra mexaniki ventilyasiya bərpa edilib",- açıqlamada qeyd edilib.
Əli Hüseynov