AVRO-2026-nın əsas mərhələsində Yunanıstan yığması ilə üz-üzə gələcək Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edilib.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Baş məşqçi Vitali Borisovun qərarı ilə Seymur Məmmədovun əvəzinə toplanışa “Baku Fire”nin üzvü Fərid Abbasov qatılıb.
Qeyd edək ki, milli martın 11-də Afinada Yunanıstanla üz-üzə gələcək.