• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şəhid ataları vəfat etdi - FOTO

HADİSƏ

04 Mart 2025 | 10:09 | Müəllif: Əli Hüseynov

Şəhid ataları vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Kamran Quliyevin atası vəfat edib.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhidin atası Dadaş Quliyev yaşadığı Salyan rayonunda dünyasını dəyişib.

1992-ci il təvəllüdlü Kamran Quliyev 2020-ci ilin oktyabrın 5-də Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Vətən müharibəsi şəhidi Xəqani Cəmillinin atası Mənsuz Cəmilov isə Yevlax rayonunda xəstəlik səbəbindən həyatını itirib.

Qeyd edək ki, Xəqani Cəmilli də Füzuli döyüşlərində şəhid olub. O, 1 oktyabr 2020-ci il tarixdə həlak olub və ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Şəhid ataları vəfat etdi - FOTOŞəhid ataları vəfat etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026