• Bakı C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Qastroenteroloq: Oruc tutmaq orqanizm üçün çox faydalıdır

CƏMİYYƏT

04 Mart 2025 | 10:52

Qastroenteroloq: Oruc tutmaq orqanizm üçün çox faydalıdır

“Oruc tutmaq orqanizm üçün çox faydalıdır. Amma sağlamlığında elə problemlər olan insanlar var ki, oruc tutmaq onların xəstəliyinin ağırlaşmasına səbəb ola bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da qastroenteroloq Hicran Qurbanova açıqlayıb. 

Onun sözlərinə görə, əslində, oruc tuta bilməyən insanlar bu baxımdan iki qrupa bölünə bilər:

“Birinci qrupa, ümumiyyətlə, əks göstəriş hesab olunur. İkinci qrup isə, oruc tutmağa başlayar, lakin gedişatdan asılı olaraq və həkim məsləhəti ilə orucu pozmağa məcbur olarlar. Xüsusilə, insulindən asılı olan şəkər xəstələri üçün oruc tutmaq risklidir. Onlarda qəfildən qanda şəkərin miqdarı qalxa bilər və ya əksinə, ona görə, orucu pozmağa məcbur ola bilərlər. Mədə xəstəlikləri, qanaxma ilə müşahidə olunan mədə yaraları olan insanlar daim dərman, qida qəbul etməlidirlər. Ona görə, belə xəstələrə oruc tutmaq məsləhət görülmür. Allergik xəstələr və fiziki cəhətdən çox zəif insanlar üçün də oruc tutmaq risklidir. Əməliyyatdan çıxmış, yataq xəstəsi olan insanlara tamamilə əks göstərişdir”. 

H.Qurbanova qeyd edib ki, hamilə və süd verən qadınlara oruc tutmaq olmaz:

“Hamilə qadınlar tam qidalanmayanda döl də qidalanmır. Buna görə, onlar günboyu qidalanmalıdırlar. Süd verən analar, mədə xorası olanr, kəskin qastriti olan şəxslər, böyrək çatışmazlığından əziyyət çəkənlər, 12 barmaq bağırsağ xorası olanlar, 1 tip diabetik xəstələr, xoralı kolit və Kron xəstəliyi, ürəyin işemik xəstəliyi olanlar, az yaşlı uşaqlar, psixoloji olaraq özünü narahat hiss edən şəxslərə də Ramazan ayı boyunca oruc tutmaq tövsiyə olunmur”.


SON XƏBƏRLƏR