• Bakı 24° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Külli miqdarda aksiz markasız siqaret aşkarlandı

HADİSƏ

04 Mart 2025 | 16:40

Külli miqdarda aksiz markasız siqaret aşkarlandı

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda siqaret aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

    Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çamadanlara stasionar rentgen qurğusunda baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunub.

    Yoxlama zamanı çamadanlardan gömrük orqanlarına bəyan edilməyən, məcburi nişanlama ilə nişanlanmayan 27 640 ədəd siqaret aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Sentyabr 2026