İsveçrə hakimiyyəti Avropa İttifaqının oxşar qərarından sonra Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının saytında məlumat verilib.
“Sanksiya məsələlərində səlahiyyətli Federal İqtisadiyyat, Təhsil və Araşdırma Departamenti (DEFR) Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib. Beləliklə, İsveçrə Aİ-nin qəbul etdiyi düzəlişləri qəbul edib. Tədbirlər 4 mart 2025-ci ildə qüvvəyə minəcək”, - məlumatda deyilir.
Söhbət 48 fiziki şəxs və 35 şirkətdən ibarət siyahıdan gedir.