Almaniyanın Xarici İşlər naziri Annalena Berbok Rusiyanı Suriya ərazisindəki hərbi bazalarını tərk etməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, o, Vladimir Putini, "uzun müddət Əsəd rejimini dəstəkləyən və rejimin hərbi cinayətlərini ört-basdır edən şəxs" olaraq xarakterizə edib.
Berbokun bu açıqlamaları, Rusiyanın Suriyadakı hərbi mövcudiyyətinə və Suriya böhranının həllindəki rolu ilə bağlı beynəlxalq müzakirələri yenidən gündəmə gətirib.
Onun sözlərinə görə, Rusiya Suriyada təcavüzkar mövqe tutmaqla, regionda daha çox gərginlik yaradır.