Yaxın günlərdə Ukraynaya silah tədarükünü əlaqələndirmək üçün bir qrup Qərb dövlətlərinin görüşü keçiriləcək.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə bildirib.
Kirbi görüşün vaxtına da toxunaraq, "Mütləq administrasiyamızın sonuna qədər", - deyə bildirib.
O həmçinin təfərrüatlara varmadan təsdiqləyib ki, paralel olaraq ABŞ Ukraynaya daha bir silah və hərbi texnika paketi ayıracaq.