• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Tramp "TikTok"dan imtina etmək üçün səbəb görmədiyini bildirdi

DÜNYA

03 Yanvar 2025 | 12:40

Tramp "TikTok"dan imtina etmək üçün səbəb görmədiyini bildirdi

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp "TikTok" platformasından imtina etmək üçün səbəb görmədiyini, çünki onun məlumat yaymaq üçün güclü bir vasitə olduğunu vurğulayıb.

Bakıvaxt.az xəbər verir ki, bu barədə Tramp "X" (Twitter) platformasında paylaşım edib. Bu paylaşım onun əsas platforması olan "Truth Social"da yayımlanan məzmunun təkrarıdır.

Donald Tramp 2025-ci ilin yanvar ayının əvvəlində "TikTok"dakı məzmununun nəticələrini göstərən bir cədvəl dərc edib. Cədvəldə onun məzmununun on milyardlarla baxış qazandığı və hesablarının ümumi göstərici üzrə rəqibləri Kamala Harris və pop-ulduzlar Teylor Svift və Beyons kimi şəxsləri dəfələrlə qabaqladığı göstərilib.

"Mən niyə "TikTok"dan imtina etməliyəm?", deyə o, ritorik sual formasında fikrini ifadə edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026