Tovuzda 4 gün əvvəl minik avtomobillərinin toqquşması zamanı xəsarət alan şəxslərdən biri bu gün Bakıda ölüb.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, 2008-ci E. Tağıyevin həyatını xilas etməm mümkün olmayıb.
Qeyd edək ki hadisə ötən ilin dekabr ayının 31-də rayonun Əlimərdanlı kəndində baş verib.
Belə ki, hərəkətdə olan "BWM" markalı avtomobillə "VAZ-2107" markalı avtomobil toqquşub.
Qəzadan sonra "BMW" yol kənarında dayanan bir neçə piyadanı vurub. Həmin vaxtı piyada; rayonun Əlimərdanlı kənd sakini 1955-ci il təvəllüdlü Həmid Tağıyev hadisə yerində keçinib.
4 nəfər; 2008-ci il təvəllüdlü qardaşlar E. Tağıyev və 1999-cu il təvəllüdlü E. Tağıyev, 1991-ci il təvəllüdlü E. Tağızadə və 1965-ci il təvəllüdlü V. Yusifov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi açılıb.